Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Brüsseldə Azərbaycanın Avrasiyanın energetikasındakı geosiyasi rolu haqqında kitabın təqdimatı olub
SİYASƏT

Brüsseldə Azərbaycanın Avrasiyanın energetikasındakı geosiyasi rolu haqqında kitabın təqdimatı olub

12 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Brüsseldə Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Samuel Furfarinin “Azerbaïdjan: Géopolitique de l’énergie d’une Eurasie en mutation” (“Azərbaycan: dəyişən Avrasiyanın energetika geosiyasəti”) kitabının təqdimatı keçirilib.

Paraqraf.com xəbər verir ki, müəllif yeni əsərində Azərbaycanın Avrasiyanın dəyişən energetika arxitekturasında artan strateji əhəmiyyətini təhlil edib.

Furfarinin Azərbaycana marağı 2005-ci ildə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Bakıda olarkən yaranıb. O, həmin vaxt Avropa Komissiyasının energetika üzrə direktoratında işlədiyini bildirərək, bu hadisənin onun üçün əsl kəşf olduğunu qeyd edib. “Xüsusilə də Aİ-nin bu böyük nailiyyətdə heç bir şəkildə iştirak etmədiyini nəzərə alaraq”, – o vurğulayıb.

“Azərbaycan bu gün əsas oyunçu, həmçinin Aİ üçün enerji təchizatı mənbəyidir. O, Rusiya, yaxyd da İran deyil, lakin əsas oyunçudur”, – bildirən Furfari ölkəyə və Avrasiya adlanan regiona olan böyük marağın məhz bununla bağlı olduğunu qeyd edib.

Furfarinin kitabında Azərbaycanda neft hasilatı tarixinə ekskurs edilir, onun əhəmiyyətli ehtiyatları və təbii qazından, eləcə də Avropaya enerji tədarükünün şaxələndirilməsi üçün artan əhəmiyyətindən bəhs olunur.

Furfarinin fikrincə, qazıntı yanacağı vacib enerji mənbəyi olaraq qalmağa davam edəcək, ondan tamamilə imtina etmək hətta uzunmüddətli perspektivdə belə qeyri-mümkündür. Bu isə o deməkdir ki, Azərbaycan kimi tərəfdaşların rolu gələcəkdə də eyni dərəcədə əhəmiyyətli olacaq.

Kitabda Azərbaycanın Şərqlə Qərbin kəsişməsindəki geosiyasi mövqeyinə, onun Avropa, Rusiya, İran, İsrail və digər regional tərəfdaşlarla münasibətlərinə, həmçinin ölkənin təkcə enerji resursları tədarükçüsü kimi deyil, həm də Asiya ilə Avropa arasında etibarlı bağlantı üçün alternativ açan mühüm nəqliyyat istiqaməti qismində roluna xüsusi diqqət yetirilib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan nefti cüzi bahalaşıb

Next

Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun XİN rəsmisinə təqdim edib

Copyright 2026— Praqraf.com. All rights reserved