Barro və Əraqçi ABŞ və İran arasında diplomatik proseslərin gedişatını müzakirə ediblər
Fransa və İranın xarici işlər nazirləri Jan-Noel Barro və Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Paraqraf.com xəbər verir ki, bu barədə İran XİN başçısı sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər regiondakı cari vəziyyəti, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında diplomatik proseslərin gedişatını, habelə bəzi ikitərəfli məsələləri müzakirə ediblər.
Paraqraf.com
![]()