Avropa Liqası: Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniya ilə qarşılaşacaq
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün ilk matçına çıxacaq.
Paraqraf.com-un məlumatına görə, Boris Qrebennikovun komandası Rumıniya ilə üz-üzə gələcək.
Görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq. Azərbaycan millisi növbəti oyununu sabah İspaniyaya qarşı keçirəcək.
Paraqraf.com
![]()