DÇ-2026 Meksika – CAR matçı ilə start götürəcək
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatına bu gün Meksika – Cənubi Afrika Respublikası (CAR) oyunu ilə start veriləcək.
Paraqraf.com-un məlumatına görə, A qrupunda yer alan komandaların görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu qrupun digər oyunu növbəti gün, saat 06:00-da Cənubi Koreya və Çexiya yığmaları arasında baş tutacaq.
DÇ-2026
A qrupu
I tur
11 iyun
23:00. Meksika – CAR
Baş hakim: Vilton Sampayo.
Mexiko Siti Stadium
12 iyun
06:00. Cənubi Koreya – Çexiya
Baş hakim: Amin Mohamed Omar.
Qvadalaxara Stadium
Qeyd edək ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.
Paraqraf.com
![]()