Çində baş verən partlayış nəticəsində yeddi nəfər ölüb
Çinin Quansi-Çjuan muxtar rayonunda baş verən partlayış nəticəsində ən azı yeddi nəfər ölüb, 17 nəfər yaralanıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi polisə istinadən məlumat yayıb.
Hadisə gecə saatlarında Quylin şəhərinin Sinqan vilayətində baş verib. İlkin araşdırmanın nəticələrinə görə, qaz partlayışı istisna edilib.
Polis hadisənin səbəbini öyrənmək üçün əlavə araşdırma aparır.
Paraqraf.com
![]()