Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda mayda qida məhsulları ucuzlaşıb
İQTİSADİYYAT

Azərbaycanda mayda qida məhsulları ucuzlaşıb

11 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin may ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri aprel ayına nisbətən 0,1 % azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,6 % artıb.

Bu barədə Paraqraf.com-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ay ərzində ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız sular bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartof ucuzlaşıb, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bundan başqa, ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,9 % artıb. Ay ərzində boya, plastik boru, yuyucu vasitələr və şəxsi gigiyena məmulatları bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb, digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı aprelə nisbətən 0,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % təşkil edib. Ay ərzində hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6 %, son bir ayda isə 0,1 % təşkil edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Next

Naxçıvan iqtisadiyyatı 2 %-dən çox böyüyüb

Copyright 2026— Praqraf.com. All rights reserved