Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Nazir: Kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir
MƏDƏNİYYƏT

Nazir: Kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir

10 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, bu gün Mədəniyyət Nazirliyi bütün ölkə vətəndaşlarının, eyni zamanda, ölkəyə gələn qonaqların, xarici vətəndaşların kitaba əlçatanlığının təmin edilməsini əsas hədəf kimi qarşısına qoyub:

“Bu hədəfə çatmaq üçün kitabxananın xidmət şəbəkəsi sistemi, yerləşməsi formalaşdırılır. Düzdür, hazırda infrastruktur baxımından kifayət qədər bina var. Amma onlar bu sahədə tələbatı tam təmin edə bilirmi? Xeyr, ərazi baxımından lokallaşması, yerləşməsi prinsipini əsas götürsək, təsisatlar bütövlükdə bu sahədəki tələbatın 35 faizini yerinə yetirə bilir”.

Nazir ölkə əhalisinin 95 faizinin kitabxanaya əlçatanlığını təmin etməyi hədəflədiklərini də söyləyib:

“Gələcək hədəfimiz 100 faiz kitabxanaya əlçatanlığı təmin etməkdir . Bir sözlə, Bakıdakı universitetlərdəki əlçatanlıq regionalardakı universitetlərdə də eyni olmalıdır”.

A.Kərimli bildirib ki, kitabxana fondlarında toplanan kitabların cəmiyyətə nə qədər faydalı olması sual altındadır:

“Kitabxana sisteminin inkişafı yalnız infrastrukturla deyil, həm də keyfiyyətli məzmunun formalaşdırılması ilə bağlıdır. Son üç ildə kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə nəşrlərin satın alınması üzrə xüsusi komissiya fəaliyyət göstərir və dövlət hər il bu istiqamətə 600 min manata yaxın vəsait ayırır. Monitorinqlər göstərdi ki, kitabxana fondlarında toplanan bütün nəşrlər cəmiyyət üçün eyni dərəcədə faydalı deyil. Buna görə də əsas diqqət elmi və elmi-kütləvi ədəbiyyatın alınmasına yönəldilib”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

1 iyuldan BakıKart bahalaşır – yeni qiymət açıqlandı

Next

Adil Kərimli: Alim və tədqiqatçılar üçün elmi ədəbiyyata əlçatanlıq təmin olunmalıdır

Copyright 2026— Praqraf.com. All rights reserved