Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət bəlli olub
İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət bəlli olub

10 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət müəyyənləşib.

Paraqraf.com Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, 2028-ci ildə təşkil olunacaq mundialın Avropa zonası üzrə əsas mərhələsinin püşkatması üçün səbətlərin tərkibi açıqlanıb.

Püşkatmada 36 komanda hər birində 12 yığma olmaqla 3 səbətə bölünüb. Reqlamentə əsasən, hər qrupda 3 komanda yer alacaq və kollektivlər ev-səfər prinsipi ilə qarşılaşacaqlar.

Mərhələdə 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 ikinci yerin sahibi elit raunda birbaşa vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off qarşılaşmalarında iştirak edəcək və bu raundda qalib gələn 4 yığma elit mərhələyə vəsiqə əldə edəcək.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu Azərbaycan millisi püşkatma zamanı 2-ci səbətdə yer alacaq. Bu mərhələdə ölkə təmsilçisinin rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova və Almaniya yığmaları olmayacaq.

1-ci səbət: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland.

2-ci səbət: Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan.

3-cü səbət: Latviya, İsveç, Şimali Makedoniya, Kosovo, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.

Əsas mərhələnin qrup oyunları 12-21 oktyabr 2026-cı il, 2-11 noyabr 2026-cı il, 6-9 dekabr 2026-cı il və 22 fevral – 3 mart 2027-ci il tarixlərində keçiriləcək. Bu mərhələnin pley-off oyunlarının püşkatması 3 mart 2027-ci ildə, qarşılaşmalar isə 12-21 aprel 2027-ci ildə təşkil olunacaq.

Elit raundun qrup mərhələsinin püşkatma mərasimi isə 20 may 2027-ci ildə, oyunları isə 6-15 sentyabr 2027-ci il, 11-20 oktyabr 2027-ci il və 13-22 dekabr 2027-ci il tarixlərində baş tutacaq. Elit raundun pley-off mərhələsinin püşkü 20 yanvar 2028-ci ildə atılacaq, oyunlar isə 10-19 aprel 2028-ci ildə reallaşacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına görə, 1-ci səbətdə qərarlaşan komandalardan Ermənistan yığması Azərbaycan millisi ilə eyni qrupda mübarizə apara bilməz. Rusiya seçməsinə tətbiq edilən sanksiya isə qüvvədə qalır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yevlaxda körpə ölümü qeydə alınıb

Next

Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved