Azərbaycanda qeyri-neft-qaz sektoru cüzi böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Paraqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1 % azalaraq 16 milyard 125,4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,4 % artaraq 35 milyad 658,4 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, bu il ölkədə iqtisadi artımın 1,1 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 % olacağı gözlənilir.
Hökumətin yenilənmiş proqnozlarına görə, 2026-cı ildə ÜDM-in artımı 1,7 %, neft-qaz sektoru üzrə iqtisadi azalma 3,3 %, qeyri neft-qaz sektoru üzrə isə iqtisadi artım 3,7 % səviyyəsində olacağı gözlənilir.
5 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,2 % artaraq 27 milyard 524,2 milyon manat, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,8 % artaraq 8 milyard 956,3 milyon manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,3 % artaraq 3 milyard 996,2 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 6,8 % artaraq 6 milyard 252,2 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 10,1 % artaraq 1 milyard 628,1 milyon manat təşkil edib.
Paraqraf.com
![]()