BakıKart kartlarının satış qiymətində dəyişiklik ediləcək.
İctimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata qaldırılacaq.
Qeyd edək ki, BakıKart kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və ötən müddət ərzində kartın satış qiymətində hər hansı dəyişiklik edilməyib.
“K Group” MMC-nin BakıKart üzrə ictimaiyyətlə əlaqələr mütəxəssisi Aynur Kərimli Paraqraf.com-a bildirib ki, qiymət dəyişikliyi kart istehsalı, texniki xidmət, logistika və kart infrastrukturunun saxlanılması ilə bağlı xərclərin artması nəzərə alınaraq həyata keçirilir.
Xatırladaq ki, BakıKart kartları 2015-ci ildən istifadə olunur və son 11 il ərzində satış qiyməti sabit qalıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()