Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekspert: “Qanunla icazə verilməyən yerlərdə tikilən tikililərin leqallaşdırılması mümkün olmayacaq”
MANŞETÖZƏL

Ekspert: “Qanunla icazə verilməyən yerlərdə tikilən tikililərin leqallaşdırılması mümkün olmayacaq”

09 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda yüz minlərlə daşınmaz əmlakın hələ də çıxarışı (“kupça”) yoxdur. Bu isə vətəndaşların qeydiyyat, sığorta və digər hüquqlardan tam şəkildə yararlanmasına mane olur. Mövzu Milli Məclisdə də müzakirə edilib.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı əmlak sığortasının vacibliyinə diqqət çəkib. O bildirib ki, İmişli rayonunda tez-tez yanğın hadisələri baş verir və zərərçəkənlərin əksəriyyətinin əmlakı sığortalanmayıb.

Əmlak eksperti Elnur Azadov “Paraqraf.com”-a açıqlamasında qeyd edib ki, problemin əsas səbəblərindən biri çıxarışların olmaması və vətəndaşların mülkiyyət hüquqlarının tam tanınmamasıdır:

“İlk növbədə vətəndaşların mülkiyyət hüququ tanınmalıdır. Daşınmaz əmlakın qeydiyyata alınması digər problemlərin həllində mühüm rol oynayır. Bu gün bir çox vətəndaş qeydiyyat və digər hüquqi prosedurlarla bağlı çətinliklərlə üzləşir.

Bu məsələ son on ildə ən çox müzakirə olunan mövzulardan biridir. 2019-cu ildə Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə konsepsiya hazırlanacağını açıqlamışdı. 2022-ci ildə isə Ədliyyə Nazirliyi ilə birgə keçirilən brifinqdə daşınmaz əmlak əməliyyatlarının vahid portal üzərindən həyata keçirilməsi və müəyyən qanunsuz tikililərin leqallaşdırılması ilə bağlı planlar təqdim olunmuşdu. Lakin proses hələ də tam yekunlaşmayıb.

Bunun əsas səbəbi müxtəlif dövrlərdə sənədsiz və qanunsuz tikililərin inşa edilməsidir. Xüsusilə məcburi köçkünlər və qaçqınlar, eləcə də bələdiyyələrin ayırdığı torpaq sahələrində tikilmiş evlər bu kateqoriyaya daxildir. Bu tikililərin böyük hissəsi Bakı və ətraf ərazilərdə yerləşir”.

Ekspert bildirib ki, son illər daşınmaz əmlak amnistiyası ilə bağlı müxtəlif təkliflər səsləndirilsə də, problemin vahid qərarla həlli mümkün deyil:

“Müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş tikililər mövcuddur. Torpaqların təyinatının dəyişdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, proses mürəkkəb olduğu üçün vaxt tələb edir. 2025-ci ildə edilən dəyişikliklər nəticəsində əlavə olaraq təxminən 100 min əmlakın leqallaşdırılması istiqamətində irəliləyiş əldə olunub. Ən çətin məsələ isə heç bir sənədi olmayan tikililərlə bağlıdır”.

Elnur Azadovun sözlərinə görə, qanunvericiliyin tələblərinə zidd şəkildə inşa edilmiş tikililərin leqallaşdırılması mümkün olmayacaq:

“Qanunla icazə verilməyən ərazilərdə tikilmiş evlərin leqallaşdırılması real görünmür. Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş bəzi fərdi yaşayış evlərinin leqallaşdırılması daha mümkün variant hesab olunur. Bununla yanaşı, normativ tələblərə uyğun olmayan tikililər gələcəkdə fövqəladə hallar zamanı əlavə risklər yarada bilər. Hazırda ölkədə ən böyük problemlərdən biri kənd ərazilərində yerləşən sənədsiz fərdi evlərin leqallaşdırılması məsələsidir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Təhsil Tələbə Kredit Fondu son 5 ildə büdcədən 125 milyon manat vəsait alıb

Next

BŞTİ-nin tabeliyindəki məktəbləri 87 519 şagird bitirir

Copyright 2026— Praqraf.com. All rights reserved