Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekoloq: “İntensiv yağıntıların artması iqlim dəyişikliklərinin təsiri ilə bağlıdır”
MANŞETÖZƏL

Ekoloq: “İntensiv yağıntıların artması iqlim dəyişikliklərinin təsiri ilə bağlıdır”

09 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan intensiv yağıntılar, sel və daşqınlar iqlim dəyişikliklərinin təsirlərini yenidən gündəmə gətirib.

Bir sıra rayonlarda çayların məcrasından çıxması, kənd və təsərrüfat sahələrinin su altında qalması, yolların zədələnməsi ölkədə yağıntıların həcminin artdığını göstərir. İlk baxışda belə görünür ki, yağıntıların çoxalması su ehtiyatlarının da artmasına səbəb olmalıdır.

Məsələn, maksimum tutumu 32 milyard, orta tutumu isə 15 milyard kubmetr olan Urmiya gölündə hazırda suyun həcmi 3,5 milyard kubmetrə çatıb. Bildirilir ki, son həftələrdə müşahidə olunan intensiv yağıntılar göldə suyun artmasına səbəb olub. Bununla belə, yay aylarında gölün yenidən quruma riski qalır.

Digər tərəfdən, bütün bu yağışlara və çaylarda müşahidə olunan yüksək sululuğa baxmayaraq, Xəzər dənizində suyun səviyyəsinin azalması davam edir. Son illərdə sahil zolağının geri çəkilməsi, bəzi liman və çimərlik ərazilərində dayazlaşmanın artması mütəxəssislərin diqqət mərkəzindədir.

Ekoloq Rövşən Abbasov Paraqraf.com-a açıqlamasında bildirib ki, cari il su ehtiyatları baxımından daha əlverişli illərdən hesab oluna bilər:

“Meteoroloji müşahidələrin nəticələrinə baxdıqda görürük ki, ayrı-ayrı illərdə buna bənzər yağıntılar müşahidə olunub. Belə yağışlar nadir hallarda baş versə də, əvvəlki dövrlərdə də qeydə alınıb. Bununla yanaşı, intensiv yağıntıların artmasını iqlim dəyişikliklərinin təsiri ilə əlaqələndirmək olar. İqlim dəyişiklikləri hava hadisələrinin daha ekstremal xarakter almasına səbəb olur və müxtəlif təsirlər yaradır”.

Ekoloq qeyd edib ki, Urmiya gölündə olduğu kimi, gələcəkdə Xəzər dənizində də müəyyən səviyyə dəyişiklikləri müşahidə oluna bilər:

“Xəzər çox böyük su hövzəsidir və onun çökəkliyinin həcmi də genişdir. Buna görə də təkcə bir neçə intensiv yağıntı onun səviyyəsinə ciddi təsir göstərə bilməz. Əgər növbəti illərdə də bu cür yağıntılar davamlı xarakter alarsa, Xəzər dənizinin səviyyəsində müəyyən bərpa prosesi baş verə bilər. Urmiya gölündə suyun artması isə daha çox müvəqqəti xarakter daşıyır. Çünki gölün qurumasına təsir edən əsas amillərdən biri ona tökülən çayların sularından intensiv istifadə edilməsidir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İrpendəki Zərifə Əliyeva adına liseyin şagirdləri və müəllimləri Azərbaycandadırlar

Next

Naxçıvanda vergi daxilolmaları 2,4 % artıb

Copyright 2026— Praqraf.com. All rights reserved