Azərbaycanın U-21 millisi Türkiyədəki toplanışda ikinci oyununu keçirəcək
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxacaq.
Paraqraf.com-un məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş “Sav” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.
Paraqraf.com
![]()