Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
ELM VƏ TƏHSİL

Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır

06 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Ötən tədris ilində ABŞ-də Azərbaycandan olan 1 329 tələbə təhsil alıb və bu da əvvəlki illə müqayisədə 18 % çoxdur.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ səfirliyi və “EducationUSA” tərəfindən təşkil olunan “ABŞ-də təhsil” sərgisinin açılışında bildirib.

Onun sözlərinə görə, ardıcıl dördüncü ildir ABŞ ali məktəblərində azərbaycanlı tələbələrin sayının artması qeydə alınır, bu da ABŞ-də təhsilin keyfiyyətinə olan yüksək etimad səviyyəsindən xəbər verir.

“ABŞ ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün ən çox tələb olunan istiqamətlərdən biri olaraq qalmaqda davam edir. Son illərdə ölkəmizdə təhsilə marağın əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Ötən tədris ilində ABŞ-də 1 329 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 18 % çoxdur. Bu tendensiya artıq ardıcıl dördüncü ildir ki, müşahidə olunur və ABŞ təhsilinin yüksək keyfiyyətinə olan etimadı əks etdirir”, – E.Karlon bildirib.

O vurğulayıb ki, azərbaycanlı tələbələr ABŞ-də nəinki keyfiyyətli təhsil alır, həm də dəyərli beynəlxalq təcrübə qazanırlar: “Onlar mədəniyyətlər arasında körpüyə çevrilir, möhkəm əlaqələr qurur və Azərbaycanın inkişafına töhfə verən yeni ideya və baxışlarla evə qayıdırlar”.

E.Karlon həmçinin deyib ki, bugünkü sərgidə 40-dan çox ABŞ ali təhsil müəssisəsinin nümayəndəsi iştirak edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb

Next

ABŞ səfirliyi təhsilə həsr olunmuş sərgi təşkil edib

Copyright 2026— Praqraf.com. All rights reserved