Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
ELM VƏ TƏHSİL

Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb

05 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Hesablama Palatası Elm və Təhsil Nazirliyi, həmçinin onun tabeliyindəki Əsaslı Tikinti və Təchizat İdarəsi üzrə həyata keçirilmiş auditin yekun nəticələrini nəzərdən keçirib.

Paraqraf.com xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə təşkil edilən Kollegiya iclasında müzakirəyə çıxarılıb.

İclasda auditor Vüqar İbrahimovun hazırladığı auditor hesabatı dinlənilib və müzakirə olunub.

Aparılmış audit dövlət büdcəsinin “Ümumdövlət xidmətləri” və “Təhsil” bölmələri çərçivəsində təhsil və məktəbəqədər təhsil müəssisələrinin tikili və avadanlıqlarının cari təmiri, qeyri-yaşayış binalarının əsaslı təmiri, eləcə də dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsini əhatə edib.

Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub. Bununla yanaşı, audit gedişində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün audit olunan qurum tərəfindən lazımi tədbirlərin görülməsi tövsiyə edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dövlət Agentliyi “Azərişığ”ın regional bölmələrinin rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Next

Tünzalə Ağayevadan sevgi etirafı: “Sevgi həvəsi” klipi təqdim olundu

Copyright 2026— Praqraf.com. All rights reserved