Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/BDU və Qarabağ Dövlət Universitetində kriminalistikanın əsas fənn kimi keçirilməsi üzrə pilot layihə başlayıb
ELM VƏ TƏHSİL

BDU və Qarabağ Dövlət Universitetində kriminalistikanın əsas fənn kimi keçirilməsi üzrə pilot layihə başlayıb

05 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Baş Prokurorluq Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə həyata keçirir.

Paraqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən ​“Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması” konfransında “Baş Prokurorluq”un Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev deyib.

Onun sözlərinə görə, bu gün xüsusilə aktual olan məsələlərdən biri kriminalistika sahəsidir:

“Təhsil Nazirliyinin müraciəti əsasında Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə birlikdə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə üzərində iş aparılır və biz də bu istiqamətdə zəruri dəstəyi göstəririk. Lakin açıq etiraf etməliyik ki, bu gün prokurorluqda müstəntiq və prokuror vəzifələrində çalışan şəxslərin, eləcə də vəkillərin müəyyən hissəsinin kriminalistika sahəsində praktiki bilik və bacarıqları arzu olunan səviyyədə deyil. Halbuki müasir cinayət təqibi və ədalət mühakiməsi sistemində məhz bu sahədəki bacarıqlar xüsusi əhəmiyyət daşıyır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Next

Prezident: Xəzərin səviyyəsinin son 200 illik tarixi minimuma yaxınlaşması problemin ciddiliyinin göstəricisidir

Copyright 2026— Praqraf.com. All rights reserved