Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Şəkidə Heydər Əliyev irsində milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilib
CƏMİYYƏT

Şəkidə Heydər Əliyev irsində milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilib

04 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 4-də Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans təşkil olunub.

Paraqraf.com-un məlumatına görə, konfransda Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransın əvvəlindəı Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası xalqın birliyinin, dövlətçilik ənənələrinin, o cümlədən milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində müstəsna rol oynayır.

O qeyd edib ki, bu ideologiya Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə tolerantlıq mühitinin və vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının tarixi inkişaf yolunda formalaşan milli birlik, dövlətçilik və vətənpərvərlik ideyaları bu gün Azərbaycançılıq məfkurəsində öz dolğun ifadəsini tapır. Aqeyd edib ki, Azərbaycançılıq etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları vahid dövlət maraqları ətrafında birləşdirən əsas ideoloji platformadır. Komitə sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilir.

Dövlət Komitəsinin sədri Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dini icmaların fəaliyyətinə yaradılan şərait və tarixi-dini abidələrin bərpasının dövlətin bu sahəyə verdiyi önəmin göstəricisi olduğunu deyib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun zəngin dini-mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, tolerantlıq, qarşılıqlı hörmət və həmrəyliyin Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu dəyərlər Vətən müharibəsi dövründə xalqın nümayiş etdirdiyi birlik və dövlətə sədaqətdə öz parlaq ifadəsini tapıb. R.Məmmədov dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının və qarşılıqlı hörmət mühitinin Azərbaycançılıq məfkurəsinin uğurlu təcəssümü olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycançılıq ideologiyasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından etibarən formalaşaraq bir əsrdən artıq müddətdə xalqın milli kimliyinin, birliyinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından birinə çevrildiyini qeyd edib. O bildirib ki, müxtəlif tarixi sınaqlara baxmayaraq, bu ideologiya xalqın yaddaşında qorunub saxlanılıb, Azərbaycanın müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində mühüm rol oynayıb. Deputat, eyni zamanda, belə tədbirlərin cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının daha geniş təbliği və gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində tolerantlıq və multikulturalizm dəyərləri daha da möhkəmlənib, ölkə bu sahədə beynəlxalq miqyasda nümunə kimi tanınır. Deputat konfrans çərçivəsində müzakirə olunacaq mövzuların milli-mənəvi dəyərlərin qorunmasına və dövlət-din münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini də ifadə edib.

Tədbir “Azərbaycançılıq məfkurəsi: milli birliyin əsası kimi” və “Ənənə, din və milli kimlik” mövzuları üzrə panel müzakirələrlə davam etdirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb

Next

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved