Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
MƏDƏNİYYƏT

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir

04 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bu gün Bakıda “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin baş tərəfdaşlığı ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir.

Paraqraf.com xəbər verir ki, ölkənin ən nüfuzlu kibertəhlükəsizlik platformalarından birinə çevrilmiş forum dövlət strukturlarını, özəl sektorun təmsilçilərini, beynəlxalq partnyorları, texnologiya şirkətlərini və sahə mütəxəssislərini vahid məkanda cəmləyərək kibertəhlükəsizlik sahəsindəki müasir çağırışların və gələcəyə dair perspektivlərin müzakirəsi üçün əhəmiyyətli əməkdaşlıq platforması yaradır.

Forumun başlıca hədəfi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək olmaq, dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, həmçinin beynəlxalq təcrübənin və innovativ metodların mübadiləsini stimullaşdırmaqdır.

Tədbir zamanı kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq mütəxəssislərin, qabaqcıl qlobal İT və texnologiya şirkətlərinin rəhbərlərinin çıxışları planlaşdırılır. Forum çərçivəsində rəqəmsal transformasiya prosesində meydana çıxan yeni kiber təhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə göstərdiyi təsir, kritik infrastrukturun müdafiəsi, regional əməkdaşlıq perspektivləri və kibermüdafiə sahəsində çağdaş yanaşmalar geniş şəkildə müzakirəyə çıxarılacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Next

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

Copyright 2026— Praqraf.com. All rights reserved