Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda bəzi qanunlar “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğunlaşdırılır
İQTİSADİYYAT

Azərbaycanda bəzi qanunlar “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğunlaşdırılır

04 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda Torpaq Məcəlləsinin, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunların “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğunlaşdırılması nəzərdə tutulur.

Paraqraf.com xəbər verir ki, bu, adı çəkilən qanunvericilik aktlarında dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Dövlət-özəl tərəfdaşlığı layihəsini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğun olaraq səlahiyyətli orqanla özəl tərəfdaş arasında bağlanılan icarə müqaviləsinə əsasən icarəyə verilir.

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi hallarında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq dairəsinin məhdudlaşdırılması mümkündür.

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Next

Dövlət qurumlarının nümayəndələri Bakı Limanında görülmüş işlərlə tanış olublar

Copyright 2026— Praqraf.com. All rights reserved