ABŞ Prezidenti Donald Tramp, Vaşinqton və Tehran arasında əldə edilən razılaşmanın bir hissəsi olaraq, İranın bir sıra nüvə məsələləri üzrə yazılı öhdəliklər götürməsini tələb edir.
Paraqraf.com xəbər verir ki, bu barədə “ABC News” danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İran nümayəndələri məsləhətləşmələr zamanı Amerika tərəfinə bir sıra tələblərin yerinə yetirilməsi ilə bağlı şifahi zəmanətlər veriblər. Lakin, Tramp bu zəmanətləri qeyri-kafi hesab edib və onların rəsmi şəkildə sənədləşdirilməsini tələb edib.
Kanalın mənbələri iddia edib ki, tərəflər iki ölkə arasında gərginliyin daha da azaldılmasını təmin edə biləcək və həmçinin İranın nüvə proqramı ilə bağlı sonrakı danışıqlar üçün çərçivəni müəyyən edə biləcək anlaşma memorandumu üzərində işləməyə davam edirlər.
Paraqraf.com
![]()
