Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
ELM VƏ TƏHSİL

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb. BDU ilə QAİ əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

Bu barədə Paraqraf.com-a BDU-dan məlumat verilib.

Memorandumun əsas məqsədi BDU və QAİ arasında elm, təhsil, tədqiqat, mədəni irsin qorunması və təbliği, tarixi yaddaşın öyrənilməsi, insan kapitalının inkişafı və ümumi maraq doğuran digər sahələr üzrə əməkdaşlıq münasibətlərinin qurulması, genişləndirilməsi və inkişaf etdirilməsidir.

Bu əməkdaşlıq Qərbi Azərbaycanın tarixi, coğrafiyası, demoqrafiyası, etnoqrafiyası, mədəni irsi, toponimiyası, hüquqi məsələləri və digər əlaqəli istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, maddi, qeyri-maddi mədəni irsin araşdırılması, sənədləşdirilməsi, qorunması və geniş ictimaiyyətə çatdırılmasında birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıdakı UFC turnirində azərbaycanlı “Tank” da iştirak edəcək

Next

Cəlilabadda qadın qətlə yetirilib

Copyright 2026— Praqraf.com. All rights reserved