Skip to content
03 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • İyun
  • 3
  • Azərbaycan və Belarus iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Belarus iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

admin 03 İyun 2026
AQfP9oD1w8r2PHpanGyhEPghYZxBboUwJM4czsar_1200
PAYLAŞIN:

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclasda iştirak etmək məqsədilə Belarusda rəsmi səfərdə olan Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib.

Samir Şərifov Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi və Belarusun yerli məhsullarının nümayiş olunduğu “Perşı Regional Ticarət Mərkəzi” ilə tanış olub.

Azərbaycan Ticarət Evində “Made in Azerbaijan” brendi altında təqdim olunan məhsullarla tanış olan Samir Şərifov bu platformanın Azərbaycan məhsullarının Belarus bazarında tanıdılması, ixrac imkanlarının genişləndirilməsi və işgüzar əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

“Perşı” ticarət mərkəzində Belarusun müxtəlif regionlarında istehsal olunan məhsullara baxış keçirən Baş nazirin müavini yerli istehsalın təşviqi və ticarət infrastrukturunun inkişafı sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Belarusun Nazirlər Kabinetində görüş zamanı Azərbaycan nümayəndə heyətini salamlayan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin bildirib ki, Azərbaycan-Belarus qarşılıqlı iqtisadi əməkdaşlığında sənaye kooperasiyası və yeni layihələr strateji “artım nöqtələri” kimi vacib rol oynayır. Turçin iki ölkə arasında uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb və qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin, yeni sənaye layihələrinin həyata keçirilməsinin qarşılıqlı fayda gətirəcəyini qeyd edib.

A.Turçin sənaye kooperasiyasında birgə istehsal sahələrinin, o cümlədən maşınqayırma, xüsusi və kommunal texnika, eləcə də digər məhsulların birgə istehsalının perspektivlərini yüksək qiymətləndirib.

Baş nazir əməkdaşlığın dərinləşdirilməsinin Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya layihələrinin genişlənməsinə və yeni birgə müəssisələrin yaradılmasına töhfə verəcəyini vurğulayıb. Bu çərçivədə tərəflər sənaye kooperasiya sahəsində yeni təşəbbüslərin irəli sürülməsi və praktiki layihələrin həyata keçirilməsi üçün qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra Minsk şəhərində Azərbaycanla ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.

İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik edib.

Belarus Respublikası Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan və Belarus arasında münasibətlərin zamanın sınağından çıxmış dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib:

“Dövlət başçıları tərəfindən qarşıya qoyulan ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması hədəfi ölkələr arasında əməkdaşlıq potensialının yüksək olduğunu göstərir”.

N.Petkeviç sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərindən olduğunu vurğulayıb.

Forum çərçivəsində işgüzar dairələr arasında yeni tərəfdaşlıq imkanları və birgə investisiya layihələri də müzakirə olunub.

İclasda çıxış edən Samir Şərifov vurğulayıb ki, Azərbaycan-Belarus münasibətləri dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf edir. O qeyd edib ki, Hökumətlərarası Komissiya iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində və əldə olunmuş razılaşmaların icrasının təmin edilməsində mühüm rol oynayır.

S.Şərifov bildirib ki, qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan və Belarus arasında ticarət əlaqələri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin ilk dörd ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artaraq 158 milyon ABŞ dollarına çatıb. Tərəflər ticarət dövriyyəsinin daha da artırılması, ixrac nomenklaturasının şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

S.Şərifov Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bu platforma Azərbaycan məhsullarının Belarus bazarında təşviqinə, ixracın genişlənməsinə və biznes əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

İclasda sənaye kooperasiyası əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu Belarusun aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində traktor, yük avtomobili, kommunal və xüsusi texnika istehsalını uğurla davam etdirir.

Tərəflər həmçinin Azərbaycanda məişət texnikasının istehsalı, lift avadanlıqlarının yığılması, farmasevtika və baytarlıq preparatlarının istehsalı, eləcə də mineral gübrələrin hazırlanması sahələrində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

İclasda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə layihələr xüsusi diqqət mərkəzində olub. Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfinin iştirakı ilə həyata keçirilən aqroşəhərcik layihəsinin icrası yüksək qiymətləndirilib. Tərəflər layihənin növbəti mərhələlərinin vaxtında həyata keçirilməsi və aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, ərzaq təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da iclasın əsas mövzularından biri olub. Qeyd edilib ki, 2026-cı ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 faizdən çox artıb. Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Humanitar əməkdaşlıq sahəsində əldə olunmuş nəticələr də yüksək qiymətləndirilib. Mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti və idman sahələrində yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, mütəxəssis mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İclas çərçivəsində Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekun Protokolu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Belarus Respublikası Milli Statistika Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, 2026–2030-cu illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı, Azərbaycan və Belarus Səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi, Gəncə Avtomobil Zavodu ilə “POJSNAB” arasında yanğınsöndürmə texnikasının yığılmasına dair müqavilə , imzalanıb.

İclasın yekununda tərəflər Azərbaycan-Belarus strateji tərəfdaşlığının möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə qətiyyətlərini bir daha təsdiqləyiblər.

Növbəti, 17-ci Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra hökümət nümayəndələrinin və iş adamlarının iştirakı ilə Azərbaycan-Belarus biznes-forumu keçirilib.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Post navigation

Previous: İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Next: Azərbaycan və Serbiya parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlığı müzakirə edib

OXŞAR MÖVZULAR

NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

admin 03 İyun 2026
2fL8G5Sz16mDOBm0M1zCGFXgBcQERATLSi6j6KeM_1200

Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın qorunmasını yüksək qiymətləndirib

admin 03 İyun 2026
9xQUmBtc8mHMLBtmRddrQBNQcMkP0xuboZYgLCZl_1200 (1)

Azərbaycan və Serbiya parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlığı müzakirə edib

admin 03 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.