Rusiyanın Kiyev və Dneprə (Ukrayna) endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub, daha 71 nəfər yaralanıb.
Paraqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, iyunun 2-də Kiyevə edilən hücum nəticəsində 3 nəfər həlak olub, daha 35 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.
Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın Dneprə endirdiyi zərbələr nəticəsində 6 nəfərin həlak olduğunu, daha 36 nəfərin yaralandığını bildirib.
Paraqraf.com
![]()
