Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Yakov Milatoviç: Azərbaycanla ortaq maraq doğuran bir sıra sahələrdə çox yaxşı əməkdaşlıq qurulub
SİYASƏT

Yakov Milatoviç: Azərbaycanla ortaq maraq doğuran bir sıra sahələrdə çox yaxşı əməkdaşlıq qurulub

01 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Monteneqronun Prezidenti Yakov Milatoviç azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Paraqraf.com-un məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Ölkənizə və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzulayıram.

Monteneqro və Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət, etimad və anlaşma əsasında qurulmuş ənənəvi dostluq münasibətlərinin inkişaf etdiyini vurğulamaqdan xüsusi məmnunluq duyuram. Ölkələrimiz ortaq maraq doğuran bir sıra sahələrdə çox yaxşı əməkdaşlıq qurub və inkişaf etdirib. Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımızın qarşılıqlı rifahı naminə bu əlaqələri daha da inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəyik. Həmçinin inanıram ki, Monteneqro ilə Azərbaycan Respublikası arasındakı tərəfdaşlıq və dostluq münasibətləri konstruktiv əməkdaşlığın və səmimi ikitərəfli münasibətlərin nümunəsi olaraq daha da möhkəmlənəcək.

Bu ilin sonunda ölkənizə rəsmi səfər etməyi səbirsizliklə gözləyirəm. Bu səfər zamanı birbaşa ünsiyyət vasitəsilə dövlətlərarası münasibətlərimizin inkişafı üçün gələcək istiqamətlər barədə fikir mübadiləsi apara bilərik.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik

Next

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb

Copyright 2026— Praqraf.com. All rights reserved