Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Gürcüstanda 5 min il yaşı olan qədim yaşayış məskəninin qalıqları aşkarlanıb
DÜNYA

Gürcüstanda 5 min il yaşı olan qədim yaşayış məskəninin qalıqları aşkarlanıb

01 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstanın cənubundakı Cavaxeti yaylasında aparılan arxeoloji qazıntılar zamanı təxminən 5 min il əvvələ aid qədim yaşayış məskəninin qalıqları aşkarlanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru və ekspedisiyanın rəhbəri Vaxtanq Liçeli məlumat verib.

Alimin sözlərinə görə, tapıntılar qədim Kür-Araks mədəniyyətinin Gürcüstanın bu hissəsində geniş yayıldığını təsdiqləyir.

Arxeoloji tədqiqatlar Baraleti, Natsarqora və Meqreki ərazilərində aparılıb. Qazıntılar hazırkı Aspindza, Axalkalaki və Ninotsminda rayonlarını əhatə edib.

Tədqiqat zamanı eramızdan əvvəl təxminən 3500–500-cü illərə aid müdafiə divarları, yaşayış binaları və gil tikililərin qalıqları aşkar olunub. Arxeoloqların fikrincə, bu tapıntılar bölgədə Erkən Tunc dövründən Dəmir dövrünədək davamlı yaşayışın mövcud olduğunu göstərir.

Ən maraqlı tapıntılardan biri konsentrik naxışlarla bəzədilmiş və xüsusi işlənmiş dəliklərə malik bürünc günəş diski olub. Tədqiqatçılar hesab edirlər ki, bu artefakt həmin dövrdə metal emalı texnologiyalarının yüksək səviyyədə inkişaf etdiyindən xəbər verir.

Ekspedisiyanın üzvü Tornike Çilingaraşvili bildirib ki, yaşayış məskəni müxtəlif tarixi dövrlərə aid təbəqələri əhatə edir və əldə olunan materiallar ərazinin Erkən Tunc dövründə artıq inkişaf etmiş məskunlaşma mərkəzi olduğunu göstərir.

Arxeoloqlar qazıntılar zamanı qədim dəfn yerləri ola biləcək sahələr də müəyyən ediblər. Həmin ərazilərdə araşdırmaların növbəti mərhələdə davam etdirilməsi planlaşdırılır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tasnim: İran ABŞ ilə danışıqlardan çıxır

Next

Litvada 130 məktəbə partlayıcı qurğularla bağlı təhdidlər daxil olub

Copyright 2026— Praqraf.com. All rights reserved