Skip to content
03 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • İyun
  • 1
  • Ərdoğan: Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub

Ərdoğan: Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub

admin 01 İyun 2026 2 minutes read
TOQAFCKeNt3QiZIl5ozaGvp4F4L5If8qrfaeGZiu_1200
PAYLAŞIN:

Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub.

Paraqraf.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilib.

O, müraciətində regionda baş verən hadisələr fonunda Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb:

“Bir zamanlar region üçün xəyal hesab olunan meqalayihələr Azərbaycanla birgə uğurla icra edilib və bu istiqamətdə əməkdaşlıq davam edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi qeyd etmək olar. Eyni zamanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində əməkdaşlıq daha da dərinləşib”.

Türkiyə lideri həmçinin 2025-ci ildə istifadəyə verilən İğdır-Naxçıvan təbii qaz kəmərinin Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirdiyinə vurğulayıb:

“Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantılarının strateji əhəmiyyət daşımağa davam edəcəyinə ümidvaram. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti” layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”.

Ərdoğan eyni zamanda Türkiyə ilə Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının da bu ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verdiyini söyləyib.

Xatırladaq ki, Türkiyə prezidentinin müraciətini Bakıda bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Post navigation

Previous: Litvada 130 məktəbə partlayıcı qurğularla bağlı təhdidlər daxil olub
Next: Putin Paşinyanla Avrasiya İqtisadi Şurasının Astana görüşünün nəticələrini müzakirə edib

OXŞAR MÖVZULAR

NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

admin 03 İyun 2026
2fL8G5Sz16mDOBm0M1zCGFXgBcQERATLSi6j6KeM_1200

Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın qorunmasını yüksək qiymətləndirib

admin 03 İyun 2026
9xQUmBtc8mHMLBtmRddrQBNQcMkP0xuboZYgLCZl_1200 (1)

Azərbaycan və Serbiya parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlığı müzakirə edib

admin 03 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.