Azərbaycan ilə Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr yaradılıb.
Bu barədə Paraqraf.com-a Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
ABŞ-nin Nyu-Yorka şəhərində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev ilə mikroneziyalı həmkarı Cim Lipve tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb:
“Birgə Kommünikedə Azərbaycan ilə Mikroneziya və xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə olunur.
Sənəddə həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.
Daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün BMT Baş katibinə məktub ünvanlanlayıblar”.
On 1 June 2026, in New York, the Permanent Representative of the Republic of Azerbaijan to the UN, H.E. Mr. Tofig Musayev, and the Permanent Representative of the Federated States of Micronesia to the UN, H.E. Mr. Jeem Lippwe, signed a Joint Communiqué on the establishment of… pic.twitter.com/73HrpJxGsg
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) June 1, 2026
Paraqraf.com
![]()
