Skip to content
03 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • İyun
  • 1
  • “Abşeron” yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

“Abşeron” yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

admin 01 İyun 2026
MKin2KvmsRNWbKy6JQCkhXhNmYvlQ1PdRMgk4JYk_1200
PAYLAŞIN:

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb.

Paraqraf.com Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, müqavilənin imzalanması Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilib.

İmzalanan təbii qaz təchizatı sazişinə əsasən, “Abşeron” yatağında hasilat üçün yatırılacaq investisiyalar çərçivəsində 2029-cu ildən başlayaraq 15 illik müddət ərzində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz nəql olunacaq.

Xatırladaq ki, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar yanvar ayının əvvəlində Azərbaycanla cəmi 33 milyard kubmetirlik yeni təbii qaz tədarük müqaviləsinin hazırlandığını elan etmiş: “Azərbaycanda Abşeron sahəsindən hər il 2,25 milyard kubmetr olmaqla 15 il ərzində də cəmi 33 milyard kubmetrlik bir müqavilə”,- nazir bildirib.

Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır. “Abşeron” yatağı üzrə 2009-cu ildə Fransanın “Total” şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Hazırda SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

 

Paraqraf.com 

Loading

About The Author

admin

See author's posts

Post navigation

Previous: Thonqlun Sisulit: Laos ilə Azərbaycan arasında mövcud əməkdaşlıqdan çox məmnunam
Next: Azərbaycan əsas tədarük bazarından toyuq ətinin alışını 46 % artırıb

OXŞAR MÖVZULAR

2Z4vcKsCj5GiBJSXejRHRfci14PZzBujGATvZdD1_1200

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.06.2026)

admin 03 İyun 2026
kPg3Qjt2ZCfKsCe6jEpHP9HkMP7mMuEzLxFf3VKT_1200

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

admin 03 İyun 2026
NvFJBn4lPDTLT0CpgERRPG3fHFAdlPBY3dwnD44G_1200

Azərbaycan Banqladeşlə enerji əməkdaşlığını müzakirə edib

admin 03 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.