Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb
DÜNYA

Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb

31 May 2026 1 Min Read
PAYLAŞIN:

Parisdə dünən PSJ-nin UEFA Çempionlar Liqasının (ÇL) finalında “Arsenal” üzərində qələbəsindən sonra başlayan və bu gün də davam edən iğtişaşlar zamanı 780 nəfər saxlanılıb, bir nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

Paraqraf.com “Le Monde”a istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

“Bir nəfər Paris dairəvi avtomobil yolunda motosiklet qəzasında həlak olub”, – məlumatda dəqiqləşdirilib.

Nazirin sözlərinə görə, iğtişaşlar ölkənin təxminən 15 şəhərini əhatə edib, saxlanılanlardan 457 futbol azarkeşi və xuliqan həbs olunub. Toqquşmalar zamanı polislər də daxil olmaqla, 219 nəfər yaralanıb.

Bu gün Fransa paytaxtında PSJ-in qələbəsinin qeyd edilməsi zamanı asayişin təmin edilməsi üçün təxminən 6 min polis və jandarm yerləşdirilib.

Komandanın şənbə günü London “Arsenal”ına qarşı matçın keçirildiyi Budapeştdən Parisə gəlişi Bakı vaxtı ilə saat 17:00-da gözlənilir, bundan sonra Mars Meydanında azarkeşlərin komanda ilə birlikdə təntənəli yürüşü keçiriləcək. Eyfel qülləsinin ətrafına təxminən 100 min nəfərin toplaşacağı proqnozlaşdırılır. Daha sonra futbol klubunu ölkə Prezidenti Emmanuel Makron qəbul edəcək.

Təntənələr axşam PSJ-nin ev oyunlarının keçirildiyi “Park de Prens” stadionunda başa çatacaq, burada komandanın ÇL kubokununun azarkeşlərə təqdimatı keçiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşıb

Next

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın üç silah anbarını məhv edib

Copyright 2026— Praqraf.com. All rights reserved