Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekoloq: “İqlim dəyişiklikləri məhsuldarlığın azalmasına səbəb olur”
MANŞETÖZƏL

Ekoloq: “İqlim dəyişiklikləri məhsuldarlığın azalmasına səbəb olur”

29 May 2026 2 Min Read
PAYLAŞIN:

Son illərdə dünyada baş verən iqlim dəyişiklikləri kənd təsərrüfatı sahəsinə ciddi təsir göstərir. Temperaturun artması, yağıntıların azalması, quraqlıq və su çatışmazlığı məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Azərbaycan kimi aqrar ölkələrdə bu dəyişikliklər fermerlərin fəaliyyətinə və ərzaq təhlükəsizliyinə birbaşa təsir edir. Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliklərinə uyğun yeni kənd təsərrüfatı siyasətinin hazırlanması artıq vacib məsələyə çevrilib.

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “Paraqraf.com”a bildirib ki, iqlim dəyişikliklərinin Azərbaycana təsirləri artıq son 20-30 ildə açıq şəkildə müşahidə olunur:

“Bu təsirlər ilk növbədə havanın çoxillik temperaturunun artması və bunun fonunda atmosfer yağıntılarının azalması ilə özünü göstərir. Paralel olaraq ekstremal təbiət hadisələrinin sayı artır. Uzunmüddətli quraqlıqlar leysan xarakterli yağışlarla əvəz olunur. Bundan əlavə, şəhər yerlərində istilik dalğalarının güclənməsi müşahidə edilir. Bu da temperaturun artması fonunda baş verir.

Azərbaycanda iqlim dəyişikliklərinin kifayət qədər neqativ təsirləri var. İlk növbədə, bu, ölkənin su sektoruna təsir göstərir. Ölkənin su ehtiyatlarında 15-20 faizə qədər azalma müşahidə olunub. Eyni zamanda, su ehtiyatlarının il ərzində paylanmasında da ciddi fərqlər yaranıb. Yay aylarında daha quraq dövrlər və su çatışmazlığı müşahidə olunur. Bu isə kənd təsərrüfatına mənfi təsir edir. Su çatışmazlığının artması fonunda Azərbaycanda kənd təsərrüfatı bitkilərinin istehsalı ciddi şəkildə azalır. Bu, xüsusilə suvarma əkinçiliyinə təsir göstərir”.

Ekoloq əlavə edib ki, ekstremal təbiət hadisələri, xüsusilə dolu, qara yel, güclü külək və sellər kənd təsərrüfatı istehsalına ciddi ziyan vurur:

“Məsələn, dolu dənli bitkilərin məhsuldarlığını azaldır, sellər isə əkin sahələrinin su altında qalmasına səbəb olur. Bunun meşələrə də ciddi təsiri var. Meşələrdə yanğın riskləri artır. Bütün bu problemlərin həlli “Paris Sazişi” çərçivəsində görülən tədbirlərdən keçir. Ölkələr atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində öhdəliklər götürüblər. Hər bir ölkə iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün milli adaptasiya proqramları və strategiyalar hazırlayır”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Məhəmməd Muizzu: Əminəm ki, Maldiv-Azərbaycan dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək

Next

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

Copyright 2026— Praqraf.com. All rights reserved