Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
SİYASƏT

Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib

27 May 2026 1 Min Read
PAYLAŞIN:

Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Paraqraf.com xəbər verir ki, təbriklər diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində dərc olunub.

Xorvatiyanın Azərbaycandakı səfirliyi təbrikində Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıb.

Niderlandın Azərbaycandakı səfirliyi də təbrik göndərərək vurğulayıb: “Müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik”.

“Qardaş Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik! Qoy bu mübarək bayram xeyirxah əməllərə ilham versin, qarşılıqlı anlaşmanı, razılığı möhkəmləndirsin və doğmalarla, yaxınlarla isti ünsiyyətin sevincini bəxş etsin”, – Rusiyanın Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.

Moldovanın Azərbaycandakı səfirliyi də Azərbaycan müsəlmanlarını bayram münasibətilə təbrik edib.

“Qoy bu müqəddəs bayram hər evə sülh, sağlamlıq, rifah və harmoniya gətirsin, həmrəylik, şəfqət və səxavət dəyərləri cəmiyyətdə qarşılıqlı anlaşmaya və birliyə ilham verməyə davam etsin. Moldova səfirliyi müsəlman icmasının ənənələrinə və mədəniyyətinə dərin hörmətini ifadə edir və bayramı qeyd edən hər kəsə yaxınlarının yanında xeyir, könül rahatlığı və rifah arzulayır”, – diplomatik missiyanın təbrikində qeyd olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səfirlik: ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı yüksək qiymətləndiririk

Next

İordaniya, Belçika və İtaliyanın səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved