Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Şimali Makedoniya və Xorvatiya arasında strateji əməkdaşlıq sazişi imzalanıb
DÜNYA

Şimali Makedoniya və Xorvatiya arasında strateji əməkdaşlıq sazişi imzalanıb

27 May 2026 1 Min Read
PAYLAŞIN:

Şimali Makedoniya və Xorvatiya arasında enerji sektorunda anlaşma memorandumu və strateji əməkdaşlıq sazişi imzalanıb.

Paraqraf.com xəbər verir ki, sənədlər Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində imzalanıb.

Xorvatiya nümayəndə heyətinin səfəri biznes forumun keçirilməsi ilə yekunlaşıb. Forumda Şimali Makedoniya və Xorvatiyanın biznes icmalarının nümayəndələri iştirak ediblər. Forumda müxtəlif sahələrdə gələcək əməkdaşlıq imkanları, o cümlədən enerji sektorunda yeni layihələrin və investisiyaların həyata keçirilməsi müzakirə olunub.

“Energetika bu gün Avropa və bütün region üçün ən vacib strateji sahələrdən biridir. Ukraynadakı müharibə və Yaxın Şərqdə baş verən hadisələr açıq şəkildə göstərdi ki, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi deyil, həm də geosiyasi və təhlükəsizlik məsələsidir. Buna görə də əməkdaşlıq etməyi, investisiya qoymağı və birgə infrastruktur layihələri həyata keçirməyi bacaran dövlətlər daha güclü, daha sabit və gələcək çağırışlara daha dayanıqlı olacaqlar”, – Şimali Makedonyanın energetika, mədən sənayesi və mineral xammal naziri Sanya Bojinovska bildirib.

Memorandumun məqsədi iki ölkə arasında enerji sektorunda əməkdaşlığın inkişafı üçün çərçivə yaratmaqdır. Bu çərçivə enerji təhlükəsizliyinin və regional interkonneksiyaların gücləndirilməsi, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və aşağı karbonlu sistemlərə keçidin təşviqi, elektrik enerjisi bazarının inteqrasiyası və Aİ qaydalarına uyğun tənzimləyici yaxınlaşma, institusional potensialın gücləndirilməsi, bilik mübadiləsi və birgə təşəbbüslərin dəstəklənməsi istiqamətlərini əhatə edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Albaniyanın Aİ-yə üzvlüklə bağlı aralıq meyarları yerinə yetirdiyi təsdiqlənib

Next

İsrailin hücumları nəticəsində 31 livanlı həlak olub, 40 nəfər yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved