Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
DÜNYA

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

27 May 2026 1 Min Read
PAYLAŞIN:

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xerson, Sumı və Dnepr vilayətlərinə zərbələr endirib, nəticədə 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Paraqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyaların (VHA) rəhbərləri və hüquq-mühafizə orqanları bildirib.

Xerson VHA-nın rəhbəri Aleksandr Prokudin bildirib ki, regionda Rusiya zərbələri nəticəsində 1 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Ukraynanın Milli Polisinin mətbuat xidməti Rusiya qoşunlarının Sumı vilayətinin yaşayış məntəqələrini atəşə tutduğunu və 2 nəfərin yaralandığını bildirib.

Dnepr VHA-nın rəhbəri Aleksandr Qanja qeyd edib ki, Rusiya qüvvələri vilayətin iki rayonuna pilotsuz uçuş aparatları (PUA), artilleriya və aviabombalarla hücum edib.

“6 nəfər yaralanıb. Rusiya təxminən 20 dəfə vilayətin iki rayonuna PUA-lar, artilleriya və aviabombalarla hücum edib”, – o, teleqramda yazıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tuapsedə PUA hücumundan sonra dəniz terminalı yanıb

Next

Əli Baqeri: Hörmüz boğazından keçid qaydası artıq əvvəlki kimi olmayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved