Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Qadınlar 60 yaşlarında pensiyaya çıxarlarsa, DSMF-də xərclər arta bilər” – EKSPERT
MANŞETÖZƏL

“Qadınlar 60 yaşlarında pensiyaya çıxarlarsa, DSMF-də xərclər arta bilər” – EKSPERT

27 May 2026 2 Min Read
PAYLAŞIN:

“Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq”.

Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat”ın müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda ölkədə qadınların pensiya yaşı 65-dir ki, bu da MDB məkanında yüksək göstəricilərdən biridir:

“Azərbaycanda beş və daha çox övladı olan ailə çoxuşaqlı hesab olunur. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli beşdən üç uşağa endirilsə, bu, analara beş il tez pensiyaya çıxmaq hüququ qazandıracaq”.

İqtisadçı-ekspert Asif İbrahimov “Paraqraf.com”a bildirib ki, bu fikirlər cəmiyyətdə müsbət qarşılanıb:

“Çünki Azərbaycanda bununla bağlı insanlar arasında suallar yaranıb. Bu məsələnin iqtisadi təsirinin müsbət tərəfi mənfi tərəfindən daha çoxdur. Demoqrafik siyasətə stimul verə bilər. Əgər çoxuşaqlı ailə anlayışı beş uşaqdan üç uşağa endirilsə və analara erkən pensiya hüququ verilsə, ailələr üçün sosial motivasiya yaranacaq. Bu addımın müsbət tərəflərindən biri isə doğum göstəricilərinin azalmasının qarşısını almaqdır. Uzunmüddətli perspektivdə isə əmək bazarında əhali azalmasının təsirini yumşalda bilər. Bu, xüsusilə Azərbaycan kimi yaşlanan əhali riskinin artdığı ölkələrdə strateji məsələ hesab olunur. Bunu artıq praktiki fazaya da keçirmək lazımdır. İş və sosial yük azaldıla bilər. Azərbaycanda qadınların əhəmiyyətli hissəsi həm işləyir, həm də ev təsərrüfatını idarə edir”.

O əlavə edib ki, qadınlar 60 yaşlarında pensiyaya çıxsalar, fiziki və psixoloji yükləri azala bilər:

“Gənclər üçün isə yeni iş yerləri və vakansiyalar yaradıla bilər. Erkən pensiyaya çıxmaq yeni iş yerlərinin açılmasına və gənc kadrların müəssisələrə cəlb olunmasına yol açır.

Bu qərarın mənfi tərəfləri də var. Lakin müsbət tərəfləri daha stratejidir. Məsələn, əgər qadınlar 60 yaşlarında pensiyaya çıxarlarsa, pensiya alanların sayı arta bilər. Nəticədə isə “Dövlət Sosial Müdafiə Fondu”nda xərclər yüksələ bilər. Azərbaycanda orta yaş praktiki olaraq 59 yaşdır. Bu da böyük göstərici deyil. 60 yaşda pensiyaya çıxmaq işçi qüvvəsinin azalmasına və bəzi sahələrdə problemlərin yaranmasına səbəb ola bilər.

Gənclərin əmək bazarına uyğunlaşması on il bundan əvvəlki vəziyyətlə eyni deyil. İndiki gənclər süni intellektə uyğunlaşıblar deyə, onlar işlərə daha tez adaptasiya ola bilirlər”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Torpaq uğrunda ölən varsa, Vətəndir!” – 38 nömrəli məktəbdə şəhidə həsr olunmuş kitab təqdim olundu

Next

Qurban bayramı: paylaşma, həmrəylik və mənəvi dəyərlərin təntənəsi

Copyright 2026— Praqraf.com. All rights reserved