Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Albaniyanın Aİ-yə üzvlüklə bağlı aralıq meyarları yerinə yetirdiyi təsdiqlənib
DÜNYA

Albaniyanın Aİ-yə üzvlüklə bağlı aralıq meyarları yerinə yetirdiyi təsdiqlənib

27 May 2026 1 Min Read
PAYLAŞIN:

Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Aİ ilə Albaniya arasında səkkizinci qoşulma iclası çərçivəsində Tirananın “Birinci klaster: əsaslar” adlandırılan aralıq meyarları yerinə yetirdiyi təsdiqlənib.

Paraqraf.com-un məlumatına görə, bu klaster, əsasən, demokratik institutların fəaliyyəti, dövlət idarəçiliyi islahatları, qanunun aliliyi ilə bağlı fəsillər və iqtisadi meyarları əhatə edir.

Qeyd edək ki, tərəflər arasında sonuncu belə görüş 2025-ci il noyabrın 17-də “Resurslar, kənd təsərrüfatı və uyğunlaşma” klasteri üzrə keçirilib. Son görüşdə Aİ və Albaniya danışıqlar fəslini sonlandırmağa başlama imkanı əldə edəcəklər.

Bəyanatda bildirilib ki, Aİ qanunvericiliyinə və müvafiq Avropa standartlarına uyğunlaşma və onların icrası istiqamətində irəliləyişlərin monitorinqi danışıqlar boyu davam etdiriləcək.

Xatırladaq ki, 2020-ci ildə Aİ-yə qoşulma danışıqları üçün yenilənmiş metodologiyanın tətbiqindən sonra danışıq fəsilləri “Əsaslar”, “Daxili bazar”, “Rəqabət qabiliyyəti və inklüziv inkişaf”, “Yaşıl gündəm və dayanıqlı əlaqəlilik”, “Resurslar”, “Kənd təsərrüfatı və uyğunlaşma” və “Xarici əlaqələr” olmaqla, altı klasterə bölünüb.

“Əsaslar” klasteri danışıqlarda ilk açılan və son bağlanan klasterdir və bu klaster üzrə irəliləyiş danışıqların ümumi tempini müəyyən edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Netanyahu: İsrail 2 500-dən çox “Hizbullah” terrorçusunu məhv edib

Next

Şimali Makedoniya və Xorvatiya arasında strateji əməkdaşlıq sazişi imzalanıb

Copyright 2026— Praqraf.com. All rights reserved