Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Sızran” NEZ-ə zərbələri təsdiqləyib
DÜNYA

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Sızran” NEZ-ə zərbələri təsdiqləyib

26 May 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın Samara vilayətindəki “Sızran” neft emal zavoduna (NEZ) zərbə endirildiyini rəsmi qaydada təsdiqləyib.

Paraqraf.com-un məlumatına görə, bu barədə Baş Qərargahın “Telegram”dakı məlumatında deyilir.

“Ukrayna Müdafiə Qüvvələrinin 2026-cı il mayın 21-də zərbə endirdiyi “Sızran” neft emalı zavodunun fəaliyyətinin dayandırıldığı təsdiqlənib”, – Baş Qərargahdan bildiriblər.

Baş Qərargahın məlumatına görə, “Sızran” NEZ Ukrayna pilotsuz uçuş aparatlarının zərbələrindən sonra fəaliyyətini dayandıran altıncı Rusiya neft emalı müəssisəsidir. Zavodun əsas qurğusunun bərpası bir aydan çox vaxt apara bilər.

Baş Qərargahdan qeyd olunub ki, mayın 25-də və mayın 26-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının komanda məntəqələrinə, anbarlarına, logistika obyektlərinə və digər infrastrukturuna zərbələr endirib.

Bundan başqa, mayın 25-də “Yaroslavl” xətti istehsalat-dispetçer stansiyasına endirilən zərbə nəticəsində avadanlıq və rezervuarlar zədələnib.

Ukrayna tərəfi mayın 24-də Luqansk vilayətinin Yarsk rayonunda Rusiyanın 1L125 “Niobiy-SV” radiolokasiya stansiyasının vurulduğunu da təsdiqləyib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ və Ermənistan əməkdaşlıq haqqında sənədlər paketi imzalayıblar

Next

İranda keçmiş MMA çempionu edam edilib

Copyright 2026— Praqraf.com. All rights reserved