Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Kobaxidze: ABŞ ilə münasibətlərin bərpasının mümkünlüyünə inanırıq
DÜNYA

Kobaxidze: ABŞ ilə münasibətlərin bərpasının mümkünlüyünə inanırıq

25 May 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ ilə münasibətlərin yenidən qurulmasının mümkün olduğunu bildirib.

Paraqraf.com-un məlumatına görə, hökumət başçısı bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, Vaşinqtonla son dövrlərdə bir neçə dəfə təmas baş tutub və bu ünsiyyət Tbilisinin nikbinliyini artırıb.

“Cənab Rubio (ABŞ Dövlət katibi-red.) da daxil olmaqla, bir neçə dəfə rəsmilərlə ünsiyyətimiz oldu və bütün bunlar Gürcüstan-Amerika münasibətlərini yenidən qurmağın mümkün olduğuna inamımızı gücləndirir”, – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, hakimiyyət ABŞ ilə strateji tərəfdaşlığın bərpasına hazırdır və bu istiqamətdə “təmiz səhifədən” əməkdaşlıq təklif edir: “Biz əvvəldən bəyan etmişik ki, əvvəlki administrasiya dövründə dayandırılmış strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında yenidən bərpa etməyə hazırıq”.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan tərəfi ABŞ administrasiyasının mövqeyini və maraqlarını diqqətlə izləyir. Onun sözlərinə görə, Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə nümayəndəsi Peter Andreolinin Gürcüstana səfəri zamanı tərəflər detallı müzakirələr aparacaqlar.

Baş nazir əlavə edib ki, hakimiyyət Gürcüstan cəmiyyətinin dəstəyini hiss edir və ABŞ ilə münasibətlərdə müşahidə olunan “müsbət tendensiyaları” yüksək qiymətləndirir.

“Müxalifət müsbət tendensiyalardan narahatdır. Biz isə bu proseslərdən məmnunuq və hadisələrin inkişafını sakit şəkildə gözləyə bilərik”, – deyə Kobaxidze vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pakistanda qatarda baş verən partlayışda ölənlərin sayı 50-yə yaxınlaşıb

Next

Belqradda tramvay relsdən çıxaraq binaya çırpılıb, 10 nəfər xəsarət alıb

Copyright 2026— Praqraf.com. All rights reserved