Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran XİN ABŞ-lə danışıqlar haqqında: Tərəflərin mövqeləri yaxınlaşıb
DÜNYA

İran XİN ABŞ-lə danışıqlar haqqında: Tərəflərin mövqeləri yaxınlaşıb

23 May 2026 1 Min Read
PAYLAŞIN:

İran diqqəti ABŞ ilə anlaşma memorandumu üzərində işin yekunlaşdırılmasına cəmləyib.

Paraqraf.com “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.

“Son bir həftə ərzində tərəflərin mövqeləri yaxınlaşıb. Bizə yalnız gözləmək və növbəti üç-dörd gün ərzində nə baş verəcəyini görmək qalır”, – o bildirib.

İranın “Tasnim” agentliyinin xəbərinə görə, Bəqai qeyd edib ki, bir tərəfdən iki tərəf arasındakı dialoqda yaxınlaşma meyli müşahidə olunur: “O mənada yox ki, biz belə vacib məsələlər üzrə qarşılıqlı anlaşma əldə edəcəyik. O mənada ki, bir sıra parametrlərə əsaslanaraq qarşılıqlı məqbul qərara gələ bilərik”.

O, həmçinin Pakistanın danışıqlar prosesindəki müsbət rolunu da qeyd edib.

“Pakistan danışıqlarda əsas vasitəçi kimi mühüm rol oynayıb və bu səfərin (Pakistan ordusunun komandanı Asim Munirin – red.) məqsədi İran və Amerika arasında məlumat mübadiləsinin davam etdirilməsi idi. Biz bu anlaşma memorandumunun hazırlanmasının yekun mərhələsindəyik. Hazırkı mərhələdə müzakirə olunan məsələlər müharibənin dayandırılmasına yönəlib. Bu mərhələdə bizim diqqətimiz təhmil edilmiş müharibəyə son qoyulmasına cəmləşib. Bu anlaşma memorandumunda ABŞ-nin hərbi-dəniz təcavüzünün dayandırılması və dondurulmuş İran aktivlərinin blokdan çıxarılması ilə bağlı məsələlərə baxılır”, – Bəqai qeyd edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb

Next

Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü

Copyright 2026— Praqraf.com. All rights reserved