Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 23
  • İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib

İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib

admin 23 May 2026 3 minutes read
E97KAvxes2i4oq5QXT3oAsaMF1AhhRCAv6lhW1Ib_1200
PAYLAŞIN:

Prezident İlham Əliyevin sosial media hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı paylaşım edilib.

Paraqraf.com dövlət başçısının “X” hesabındakı paylaşımı təqdim edir:

“Azərbaycan daha bir mühüm qlobal tədbirə – WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş ikinci ən böyük beynəlxalq toplantıdır.

Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusən BMT-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.

Təxminən 60 000 rekord sayda iştirakçı ilə WUF13 indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhər Forumu kimi tarixə düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti qlobal şəhər gündəliyinə daha böyük siyasi təkan verdi.

WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədi ilə nəticələndi – Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı. Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də, Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin beynəlxalq ictimaiyyət tərəfindən güclü şəkildə tanınmasından qürur duyuruq. Bu səylər dünya üzrə digər münaqişədən sonrakı kontekstlər üçün dəyərli nümunə kimi qeyd olunub.

Forumdan yaranan və yekun sənədlərdə əks olunan ideyalar – təmiz havadan və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunmasına və Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərin ehtiyaclarına qədər – qlobal şəhər gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.

Artan qlobal qeyri-müəyyənlik dövründə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə çoxtərəfliliyə və kollektiv fəaliyyətə daha bir mənalı töhfəsini təmsil edir”.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Səmərqənddə TDT-yə üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilib
Next: Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur

OXŞAR MÖVZULAR

ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

admin 28 May 2026
1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

admin 27 May 2026
SB3MxbUhvk4X4pDVl76BAvEeLMnHVhe02H3KLlCF_1200

Baş nazir: Yunanıstan Azərbaycanla konstruktiv əməkdaşlığa əsaslanan tərəfdaşlığı yüksək qiymətləndirir

admin 27 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.