Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 22
  • Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

admin 22 May 2026 4 minutes read
Jc8FO0gwFdB8eYbRKa2eo6R8MpSo13UzgGObVGBB_1200
PAYLAŞIN:

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.

Paraqraf.com xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

“Yuxular teatrı” (“The Theater of Dreams”) adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları və yaradıcı baxışları bir araya gətirməsidir.

O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərin bir qismi Azərbaycan mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda, bəzi işlərdə xalça elementləri, digər əsərlərdə isə Azərbaycan motivləri və ölkəmizin adı əks olunub. Ronald Kompanoka əlavə edib ki, yaradıcılığında həm fantaziya, həm də sehrli sürrealizm elementləri yer alır. Bununla belə, o, əsərlərini daha çox realist və mistik üslubun sintezi kimi dəyərləndirir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, rəssamla artıq bir neçə ildir sərginin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılırdı və nəhayət bu layihəni reallaşdırmaq mümkün olub. O, bu müddət ərzində fəal yaradıcılıq fəaliyyəti göstərdiyinə və sərginin təşkilinə verdiyi dəstəyə görə rəssama təşəkkür edib.

Anar Ələkbərov, həmçinin bu cür layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Çıxış edən Ronald Kompanoka isə qeyd edib ki, sərgidə təqdim olunan iriölçülü əsərlər üzərində son bir il ərzində intensiv çalışıb. Onun sözlərinə görə, bu əsərlər detallara olan xüsusi həssaslığının, görünməyəni görünənə çevirmək istəyinin və daxili dünyasının bədii ifadəsinin nəticəsidir.

Qeyd olunub ki, ekspozisiyada nümayiş olunan əsərlərin ana xəttini zaman, səyahət və yuxular mövzusu təşkil edir. Sərgidə xatirələri qoruyan saatlar, buludlar yaradan gəmilər, Ay işığında hərəkət edən karvanlar və eyni mənzilə doğru can atan obrazlar xüsusi yer tutur.

Tədbir çərçivəsində Kompanokanın əsərlərindəki obrazları səciyyələndirən müxtəlif personajların iştirakı ilə bədii proqram da təqdim olunub.

Daha sonra qonaqlar “Yuxular teatrı” sərgisi ilə tanış olublar.

Xəyali aləmə aparan sərginin əsas personajlarını təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar və fantastik varlıqlar təşkil edir. Bu obrazlar tamaşaçını rəssamın daxili dünyasına doğru qeyri-adi səyahətə aparır.

Ronald Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi əsasında yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün incə tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Bu bədii yanaşmada İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi dünyaşöhrətli sənətkarların yaradıcılığına istinad olunur.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə ünsiyyət quran Ronald Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın müxtəlif ölkələrində nümayiş etdirilib.

Sərgi 2027-ci il martın 1-dək davam edəcək.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.05.2026)
Next: Leyla Əliyeva və Arzu Əliyeva “Urban Expo” sərgisi ilə tanış olublar

OXŞAR MÖVZULAR

Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

admin 28 May 2026
lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

admin 28 May 2026
SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

admin 28 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.