Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan güləşçisi Ülviyyə Musayeva Avropa çempionatının finalına yüksəlib
İDMAN

Azərbaycan güləşçisi Ülviyyə Musayeva Avropa çempionatının finalına yüksəlib

21 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın qadın güləşi üzrə U-15 millisinin üzvü Ülviyyə Musayeva (33 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Paraqraf.com xəbər verir ki, təmsilçimiz polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə vuraraq “tuş”la qələbə qazanıb.

Həmyerlimiz sabah finalda türkiyəli Yağmur Minazla güləşəcək.

Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya minimal fərqlə (8:9) məğlub olub.

Mədinə Kərimova (46 kq) debütdə moldovalı Rusalina Portaruya 3:9 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Mədinə sabah təsəlliverici görüşə çıxacaq.

Ləman Əliyeva (54 kq) 1/8 finalda ukraynalı Tereza Tkaçişinlə (0:10), Aylin Həsənli (62 kq) isə eyni mərhələdə yunanıstanlı Elli Brousayla (1:6) bacarmayıb.

Bu gün həmçinin yunan-Roma güləşində 3 çəkidə finalçılar müəyyənləşib.

İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisi (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb – 0:10.

Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 hesabı ilə uduzub.

Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzunla görüşdən məyus ayrılıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Fikrət təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, sərbəst güləşçilərdən Hüseyn Əmrahlı (38 kq) və Paşa Aslan (44 kq) qızıl medal qazanıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin Futbol Assosiasiyası danışılmış oyunlara görə 17 nəfəri ömürlük futboldan uzaqlaşdırıb

Next

Azərbaycanın iki güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Copyright 2026— Praqraf.com. All rights reserved