Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Rusiya və Çin hazırda qlobal hegemon qüvvələrə qarşı daha koordinasiyalı siyasət yürütməyə çalışırlar” – ŞƏRH
MANŞETÖZƏL

“Rusiya və Çin hazırda qlobal hegemon qüvvələrə qarşı daha koordinasiyalı siyasət yürütməyə çalışırlar” – ŞƏRH

20 May 2026 2 Min Read
PAYLAŞIN:

Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Pekində bir araya gəlib.

Görüş Xalq Yığıncaqları Böyük Zalında keçirilib.

Rusiya lideri Pekində rəsmi mərasimlə qarşılanıb. İki lider qırmızı xalça üzərindən keçərək fəxri qarovul dəstəsini salamlayıb, daha sonra danışıqlara başlayıblar.

Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri ABŞ Prezidentinin Pekinə səfərindən sonra diqqət çəkən mühüm geosiyasi hadisələrdən biri hesab olunur:

“Hazırda qlobal siyasi gərginliyin artdığı və beynəlxalq münasibətlər sistemində yeni güc balanslarının formalaşdığı bir dövrdə bu səfər xüsusi əhəmiyyət daşıyır. Putin bu səfər vasitəsilə ABŞ–Çin təmaslarından sonra Pekinin mövqeyində hər hansı dəyişiklik olub-olmadığını daha yaxından öyrənməyə çalışır. Xüsusilə Çinin Rusiyaya münasibətində mümkün dəyişikliklərin olub-olmaması Moskva üçün strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, Rusiya və Çin hazırda qlobal hegemon qüvvələrə qarşı daha koordinasiyalı siyasət yürütməyə və beynəlxalq idarəetmə sistemində öz maraqlarına uyğun dəyişikliklər etməyə çalışırlar. İki ölkə arasındakı münasibətlər artıq tarixin ən yüksək səviyyələrindən birinə çatıb. Strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və siyasi əlaqələr son illərdə daha da genişlənib”.

Şərhçinin sözlərinə görə, ABŞ Prezidentinin Pekinə səfərindən dərhal sonra Putinin Çinə getməsi və qarşılıqlı yüksək səviyyəli təmasların davam etməsi Çinin artıq qlobal güc mərkəzlərindən birinə çevrildiyini göstərir:

“Pekin Qərbin təzyiqlərinə baxmayaraq, Rusiya ilə münasibətlərini məhdudlaşdırmır və əlaqələrdə soyuqluq yaranmasına imkan vermir.

Bu səfər həm də Yaxın Şərqdə artan gərginlik, xüsusilə İran ətrafında baş verən proseslər fonunda təhlükəsizlik və enerji marşrutlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflərin regional təhlükəsizlik məsələləri üzrə koordinasiyanı gücləndirmək niyyətində olduqları bildirilir.

Rusiya və Çin arasında iqtisadi əməkdaşlıq hazırda yüksək səviyyədədir. Qərb sanksiyaları fonunda Çin Rusiyanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və ikitərəfli ticarət dövriyyəsi artmaqda davam edir. Xüsusilə enerji sahəsində əməkdaşlıq mühüm yer tutur. Rusiya neft və qaz ixracını Çin bazarına yönəldir, eyni zamanda Rusiyadan Çinə təbii qaz nəqli ilə bağlı iri infrastruktur layihələri həyata keçirilir.

Bunun qarşılığında Çin Rusiyaya sənaye avadanlıqları, avtomobillər, elektronika və müxtəlif texnoloji komponentlər ixrac edir. Bu proses xüsusilə sanksiyalar şəraitində iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Çin də bu münasibətlərdə öz milli maraqlarını əsas götürür və enerji təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya ilə əməkdaşlığı inkişaf etdirməklə yanaşı, enerji mənbələrini şaxələndirməyə çalışır”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Next

Psixoloq: “Sağlam münasibətdə hörmət, dürüstlük, güvən olmalıdır”

Copyright 2026— Praqraf.com. All rights reserved