Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması ilə bağlı müzakirələr aparılır
SİYASƏT

Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması ilə bağlı müzakirələr aparılır

20 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı” (D-8) arasında “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Paraqraf.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla D-8-in Baş katibi Sohail Mahmud arasında keçirilən görüşdə aparılıb.

Bildirilib ki, Qahirədə keçirilmiş D-8 Komissarlarının 50-ci iclasında qəbul edilmiş qərara uyğun olaraq bu istiqamətdə işlər davam etdirilir. Mərkəzin enerji keçidi, bərpa olunan enerji və iqlim dayanıqlılığı sahələrində üzv dövlətlər arasında dialoq və əməkdaşlıq üçün mühüm platforma olacağına inam ifadə edilib.

Görüşdə Azərbaycanın təşkilatın ilk təsisçi olmayan üzvü kimi D-8 çərçivəsində fəal və praktiki əməkdaşlıqda maraqlı olduğu, dövlət başçısının qurumla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi vurğulanıb. Ölkəmizin bütün sahələr üzrə, xüsusilə enerji, ticarət, bağlantılar və dayanıqlı inkişaf sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Həmçinin “Bakı Enerji Həftəsi” çərçivəsində planlaşdırılan “D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci iclası”na hazırlıq ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın enerji təhlükəsizliyi və enerji keçidi üzrə zəngin təcrübəsi, eləcə də regional enerji interkonnektor layihələri üzv dövlətlər arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır. Enerji məsələləri üzrə D-8 çərçivəsində dialoqlar isə bu imkanların reallaşdırılması, enerji təhlükəsizliyi, bərpa olunan enerji investisiyaları, dayanıqlı maliyyələşmə və yaşıl keçid sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından vacibdir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Braziliya rəsmisi: “İctimai nəqliyyat mərkəzli şəhər inkişafına üstünlük veririk”

Next

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib

Copyright 2026— Praqraf.com. All rights reserved