Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub
MANŞET

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

19 May 2026 1 Min Read
PAYLAŞIN:

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetini ziyarət edib.

Paraqraf.com xəbər verir ki, ziyarət zamanı qonaqlar universitetin infrastrukturu, müasir tədris imkanları və hüquqşünaslıq ixtisasının fəaliyyəti ilə yaxından tanış olublar.

Ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov rəhbərlik etdiyi qurumun inkişaf strategiyası və əsas hədəfləri, xüsusilə yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması barədə məlumat verib.

Daha sonra hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən VK sədri Anar Bağırov ölkədə fəaliyyət göstərən vəkillik institutu, həyata keçirilən islahatlar və gənc hüquqşünaslar üçün yaradılan geniş imkanlar barədə danışıb.

O, tələbələrin vəkil qurumlarında təcrübə keçməsi, elmi-praktiki layihələrə və təqaüd proqramlarına cəlb olunması istiqamətində Kollegiyanın gördüyü işləri diqqətə çatdırıb.

Tədbirdə həmçinin VK-nın Ağsaqqallar Şurasının sədri İkram Kərimov və Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov çıxış edərək tələbələrlə öz zəngin peşə təcrübələrini bölüşüblər, onlara peşə etikası və dürüstlük prinsipləri barədə dəyərli tövsiyələr veriblər.

Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Next

Mavriki Prezidenti Bakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Copyright 2026— Praqraf.com. All rights reserved