Azərbaycan və Moldova arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Paraqraf.com bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir müavini İlhamə Qədimova 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) sərgisi çərçivəsində Azərbaycanda səfərdə olan Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ilə görüş keçirib.
Nazir müavini Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlimat verib, bildirib ki, kənd təsərrüfatı iki ölkə arasında əməkdaşlıq üçün ən perspektiv sahələrədən biridir. O, Moldovanın üzümçülük və şərabçılıq sahəsində zəngin tarixə və uğurlu təcrübəyə malik olduğunu və bu sahədə qabaqcıl texnologiyalarınızın və nou-haularınızın ötürülməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.
S.Gerciu ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Paraqraf.com
![]()
