Ermənistanda Baş nazir Nikol Paşinyanın partiyasının Lori vilayətinin Taşir icmasında seçkiqabağı təşviqat zamanı baş vermiş insidentlə bağlı iş üzrə altı nəfər həbs edilib.
Paraqraf.com-un məlumatına görə, bu barədə Ermənistan mediası İstintaq Komitəsinə istinadən xəbər verir.
Ermənistan Cinayət Məcəlləsinin seçkiqabağı təşviqatın keçirilməsinə mane olma maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq Komitəsindən verilən məlumata görə, daha bir şəxs ev dustaqlığına məhkum edilib, üç nəfərlə bağlı isə hələlik məhkəmə qərarı çıxarılmayıb.
Xəbər verildiyi kimi İstintaq Komitəsi 10 nəfərin saxlanıldığını bildirmişdi. İstintaqın versiyasına görə, “Güclü Ermənistan” blokunun tərəfdarları hakim “Mülki müqavilə” partiyasının təşviqat kampaniyasına mane olublar.
Paraqraf.com
![]()
