Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Özbəkistan 2030-cu ildə WUF15-ə ev sahibliyi etməyə hazırdır
SİYASƏT

Özbəkistan 2030-cu ildə WUF15-ə ev sahibliyi etməyə hazırdır

18 May 2026 2 Min Read
PAYLAŞIN:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF15-i 2030-cu ildə Yeni Daşkənddə keçirməyi təklif edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Bakıda WUF13 çərçivəsindəki Liderlər Sammitində bildirib.

Mirziyoyev qeyd edib ki, WUF15-in əsas mövzusu “Şəhərlərin dayanıqlı inkişafında yerli icmaların rolu” ola bilər.

“Urbanizasiya səviyyəsinin artması şəhərlərdəki ənənəvi özünüidarəetmə sistemlərinin rolunu daha da artırır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 15-ci sessiyasını 2030-cu ildə Yeni Daşkənddə keçirməyi və onun əsas mövzusunu “Şəhərlərin dayanıqlı inkişafında yerli icmaların rolu” olaraq müəyyənləşdirməyi təklif edirəm. Əminəm ki, bugünkü tədbir müzakirə olunan məsələlər üzrə qarşılıqlı faydalı və perspektivli həllərin birgə axtarışına, yeni təşəbbüslərin irəli sürülməsinə və bütövlükdə bu sahənin (urbanizasiyanın – red.) inkişafına mühüm töhfə verəcək”, – o bildirib.

Özbəkistan Prezidentinin sözlərinə görə, WUF13 forumunun “Sülh üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu həmişə olduğundan daha aktual olaraq qalır. Analitik proqnozlara görə, XXI əsrin ortalarına qədər dünya əhalisinin təxminən 70 %-i şəhərlərdə yaşayacaq.

Eyni zamanda, urbanizasiya bir sıra sosial problemləri daha da kəskinləşdirir.

Mirziyoyev vurğulayıb ki, dayanıqlı şəhər inkişafı məsələsi Özbəkistan üçün strateji əhəmiyyət kəsb edir.

“Növbəti 15 il ərzində ölkəmizin əhalisinin 38 milyon nəfərdən 50 milyon nəfərə qədər artacağı, eyni zamanda urbanizasiya səviyyəsinin 51 %-dən 65 %-ə qədər yüksələcəyi gözlənilir. Biz hesab edirik ki, bu, balanslaşdırılmış regional inkişafı təşviq etmək və iqtisadi artımı təmin etmək üçün unikal bir imkandır. Bu məqsədlə Özbəkistanda son 10 ildə inşa edilən yaşayış obyektlərinin illik sayı on dəfə artaraq 2025-ci ildə 238 min mənzilə çatıb. Və biz 2030-cu ilə qədər bu göstəricini daha 1,5 dəfə artırmağı planlaşdırırıq”, – o qeyd edib.

Prezident vurğulayıb ki, əhalinin əlçatan mənzillə təmin edilməsi proqramlarına Özbəkistanın büdcəsindən hər il təxminən 2 milyard dollar ayrılır.

Onun sözlərinə görə, Özbəkistan 2030-cu ilədək şəhərlərin yaşıllaşdırma səviyyəsini 30 %-ə qədər artırmağı planlaşdırır.

“Mən bu gün müzakirə olunan məsələlərlə bağlı bir sıra təklif və təşəbbüslər irəli sürmək istərdim.

Birincisi, bütün regionlarda əhali üçün bərabər həyat şəraitinin yaradılması kiçik və orta şəhərlərin ahəngdar inkişafını tələb edir. Bununla əlaqədar olaraq, mən tərəfdaş ölkələri şəhərlərin inkişafında balanslaşdırılmış urbanizasiya prinsipini geniş şəkildə tətbiq etməyə çağırıram.

İkincisi, şəhərlərin idarə edilməsində süni intellekt və rəqəmsal transformasiyanın təqdim etdiyi imkanlara bütün ölkələrin bərabər çıxışının olması son dərəcə vacibdir. Bu məqsədlə, mən bu sahədə texnologiyaların, standartların və təcrübənin sistemli mübadiləsinə yardım etmək üçün “Ağıllı və təhlükəsiz şəhərlər” Beynəlxalq Alyansını yaratmağı təklif edirəm. Üçüncüsü, biz 2027-ci ilədək Səmərqənddə mənzil tikintisinə investisiyaların cəlb edilməsi üzrə beynəlxalq tədbir keçirməyə hazırıq”, – Özbəkistan Prezidenti qeyd edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İyunun 14-ü magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək

Next

Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk

Copyright 2026— Praqraf.com. All rights reserved