Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk
SİYASƏT

Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk

18 May 2026 1 Min Read
PAYLAŞIN:

Hazırda Keniyada 1100-dən çox qeyri-rəsmi yaşayış məntəqəsi mövcuddur və ölkə əhalisinin təxminən 7 milyonu bu şəraitdə yaşayır.

Paraqraf.com xəbər verir ki, bunu Keniya Prezidenti Uillyam Samoei Ruto WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu vəziyyət dözülməzdir və bunun belə davam etməsinə imkan vermək olmaz:

“Mənzil probleminin miqyasını və insanların üzləşdiyi çətinlikləri anlayırıq. Ən böyük problemlərdən biri gecəqonduların geniş yayılmasıdır. Mənzil təminatının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ayrılan vəsaitlərin yaşayış layihələrinə vergi tutulmadan yönəldilməsi barədə qərar qəbul etmişik”.

Keniya Prezidenti vurğulayıb ki, tikinti xərclərinin azaldılması istiqamətində addımlar atılır:

“Bu məqsədlə peşəkar memar və ixtisaslı mütəxəssislərlə əməkdaşlığa başlamışıq. Əvvəllər 30-40 ev tikən şirkətlərə və mütəxəssislərə indi 3000-4000 mənzillik layihələr həyata keçirmək imkanı yaradılır. Biz istəyirik ki, bütün yaşayış evləri müəyyən edilmiş standartlara uyğun şəkildə tikilsin. Bunun üçün xüsusi maliyyə mexanizmi formalaşdırmışıq. Ayrıca fond yaradılıb və bu sahənin maliyyələşdirilməsi üçün xüsusi rüsum sistemi tətbiq olunub”.

Uillyam Samoei Ruto həmçinin əlavə edib ki, hazırda Keniyada 273 min mənzil tikilməsi lahiyyəsi icra olunur:

“İndiyə qədər 8 min açar təhvil vermişik. Hazırda Keniyada Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçirilir. Ümumilikdə 700 min ev vahidi hazırlanır. İlin sonuna qədər 55 min evin tikintisini nəzərdə tutmuşuq”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Özbəkistan 2030-cu ildə WUF15-ə ev sahibliyi etməyə hazırdır

Next

Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm

Copyright 2026— Praqraf.com. All rights reserved