Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İkigünlük şiddətli yağışlar Moskva və Moskva vilayətində subasmalara səbəb olub
DÜNYA

İkigünlük şiddətli yağışlar Moskva və Moskva vilayətində subasmalara səbəb olub

18 May 2026 1 Min Read
PAYLAŞIN:

Moskvada ikigünlük şiddətli yağışlar şəhərin ayrı-ayrı rayonlarının su altında qalmasına səbəb olub, xüsusilə “VDNX” (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi-red) yaxınlığında böyük su basma baş verib – su axını yol boyu hasarları aparmağa başlayıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Pravda” nəşri xəbər verir.

Sinoptiklərin məlumatına görə, şəhər sensorları 1904-cü ilin göstəricilərini üstələyərək tarixi maksimumu qeydə alıb. Əsas “zərbəni” “VDNX” stansiyası qəbul edib, burada 34 mm yağıntı düşüb – bu, aylıq normanın yarısından çoxudur.

Vilayət ərazilərinin sakinləri də intensiv yağışlar səbəbilə problemlərlə üzləşiblər. Dolqoprudnıda cihazlar 25 mm qeydə alıb, Nemçinovka və Novo-İerusalim isə 19 mm göstərib. Şəhərin infrastrukturu həddən artıq yüklənmə rejimində işləyib.

İnfrastruktur mütəxəssisi Olqa Nikolayevna Morozova bildirib ki, belə intensiv leysan drenaj sistemləri və yol örtüyü üçün birbaşa sınaqdır.

“Şəhər ekstremal yüklərə hazır olmalıdır, çünki iqlim dəyişikliyi bu cür hadisələri istisna deyil, yeni norma edir”, – o qeyd edib.

Bu arada “Life” portalı bildirib ki, Moskvada Botanika bağı ərazisində avtomobillər dərin su gölməçəsinin ortasında qalıblar. Sosial şəbəkələrdə sakinlər Moskva üzərindəki fırtınalı səmanın kadrlarını paylaşırlar və şəkillərdən birində ildırım Ostankino qülləsinin yaxınlığına düşür.

Qeyd edək ki, bu ilin aprelində Dağıstanda güclü yağışların törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində təxminən 8 min ev zərər görüb. Çeçenistanda da şiddətli yağışlar böyük problemlər yaradıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yaponiya Sakit Okeanda müşahidəni dronlarla gücləndirəcək

Next

Kayseridə leysan yağışlar selə səbəb olub, nəqliyyatın hərəkətində maneələr yaranıb

Copyright 2026— Praqraf.com. All rights reserved