Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycana səfərə gəlib.
Paraqraf.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, İrakli Kobaxidzenin WUF13-də çıxış edəcəyi nəzərdə tutulur.
İ.Kobaxidze Bakıya baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, daxili işlər naziri Sulxan Tamazaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə səfər edib.
Paraqraf.com
![]()
Visited 13 times, 1 visit(s) today
